ABŞ-ın Ticarət Nazirliyi Çinin 12 texnologiya şirkətini qara siyahıya salıb.
Banker.az xəbər verir ki, ticarət naziri Cin Raymondo qeyd edir ki, beynəlxalq ticarət və kommersiya milli təhlükəsizlik üçün risk yaratmamalıdır.
Verilən məlumata görə, 12 şirkətdən səkkizi Çin ordusuna kvant hesablamalarda kömək etməkdə şübhəli bilinib. Onların ABŞ məhsullarını almağa istədikləri və bununla da Çin ordusunun səylərinə kömək etdikləri güman edilir.
Daha üç şirkət İranın hərbi və kosmik proqramları, Şimali Koreya şirkətləri, Çin hökuməti və müdafiə müəssisələri üçün ABŞ və digər Qərb ölkələrindən texnologiya satışı ilə məşğul olub.
ABŞ hesab edir ki, Çin şirkətləri məxfi məlumatları ÇXR Xalq Azadlıq Ordusunun xeyrinə toplayır. Ticarət Departamentinin siyahısı Amerika tərəfinin fikrincə, ölkənin milli təhlükəsizlik və xarici siyasət maraqlarına qarşı yönəlmiş fəaliyyətlə məşğul olan, həmçinin etik standartları pozan fiziki və hüquqi şəxslərə ticarət məhdudiyyətləri qoyur. Ümumilikdə, orada Çin, Pakistan, Rusiya və Sinqapurdan olan 27 fiziki və hüquqi şəxs yer alıb.