12 C
Baku
Saturday, November 23, 2024

Azərbaycanda 2025-ci ildə ÜDM-in həcmi 100 mlrd. manatı keçəcək – BVF

2025-ci ilin sonuna Azərbaycanda nominal ÜDM-in həcmi 101,246 mlrd. manat təşkil edəcək.

Bu, Beynəlxalq Valyuta Fondunun (BVF) Azərbaycan üzrə uzunmüddətli proqnozlarında əks olunub.

Proqnozlara görə, 2022-ci ildə ölkədə nominal ÜDM-in həcmi 93,032 mlrd. manat, 2023-cü ildə 95,158 mlrd. manat, 2024-cü ildə isə 97,927 mlrd. manata çatacaq. Qısamüddətli gözləntilərə görə isə, bu ilin sonunda ölkədə nominal ÜDM-in həcmi 89,496 mlrd. manat təşkil edəcək.

Qeyd edək ki, Azərbaycan İqtisadiyyat Nazirliyinin proqnozlara görə, Azərbaycanda 2022-ci ildə nominal ÜDM-in həcmi 86,582 mlrd. manat, 2023-cü ildə 93,186 mlrd. manat, 2024-cü ildə 98,944 mlrd. manat, 2025-ci ildə isə 103,654 mlrd. manat olacaq.

Xatırladaq ki, cari ilin yanvar-oktyabr aylarında Azərbaycanda nominal ÜDM-in istehsalı 71,589 mlrd. manat təşkil edib. 2020-ci ilin yekunlarına görə isə, ölkənin nominal ÜDM-in həcmi 72 432 mlrd. manat təşkil edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər