ABŞ bütün sanksiyaları birdəfəlik ləğv etməlidir.
Bu barədə İranın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Səid Xətibzadə bildirib.
“Vyana müzakirələrində bütün diqqətimiz İran xalqının əleyhinə tətbiq olunmuş sanksiyaların ləğvinə yönəlib”, – İran XİN-in rəsmisi vurğulayıb.
S. Xətibzadə qeyd edib ki, gələn həftə Vyanada Avropa ölkələri ilə danışıqlara başlanacaq.