13 C
Baku
Thursday, May 9, 2024

Azərbaycanın sığorta bazarının 69%-i könüllü formalaşıb

2015-ci ilin yanvar-mart aylarında Azərbaycanda toplanmış sığorta haqlarının 69,1%-i və ya 93,1 milyon manatı könüllü sığorta növlərinin payına düşüb.

Azərbaycan Sığortaçılar Assosiasiyasından Banker.az portalına daxil olan məlumata əsasən bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,9% çoxdur.

İcbarı sığorta növlərində yığımlar isə 41,7 milyon manat və ya bazarın 30,9%-ni təşkil edib. Ötən ilin eyni dövrünə nisbətən icbari sığorta bazarı 35,4% böyüyüb.
3 ay ərzində ümumi ödənişlərin 72,5%-i və ya 25,9 milyon manatı könüllü sığorta növlərinin payına düşüb. Könüllü sığorta üzrə ödənişlər ötən ilin eyni dövrünə nisbətən 30,5% artıb.

İcbarı sığorta növləri üzrə ödənişlər isə 9,8 milyon manat və ya ümumi bazarın 27,5%-ni təşkil edib. Bu isə ötən ilin eyni dövrünə nisbətən 12,9% çoxdur.

Hesabat dövründə könüllü sığortadan toplanılmış hər 100 manat sığorta haqqının müqabilində 27,8 manat ödəniş həyata keçirilib. 2014-cü ilin eyni dövründə isə bu göstərici 22,8 manat olub. İcbarı sığorta üzrə toplanmış hər 100 manat üzrə ödəniş isə 28,3 manatdan 23,6 manata düşüb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər