9 C
Baku
Sunday, January 12, 2025

Problemli kreditlər artım tempindədir

Bir neçə gün əvvəl ölkədə problemli kreditlərin statistikası açıqlandı. Vəziyyət təbii ki, gözlənilən idi. Bu haqqda ölkənin bir çox ekspertləri çıxırlarında dollarla verilmiş kreditlər haqqında düzgün qərar verilməsə, vaxtı keçmiş kreditlərin qarşısı alınmaz bir hala gələcəyini bildirirdilər. Statistika bu gün ölkədə verilmiş kreditlərin  1 milyard 138,2 milyon manatının ödəmə vaxtının keçdiyini göstərir. Təkcə fevralda isə problemli kreditlərin məbləği 10,4% artıb.

Hər ay Mərkəzi Bankın dərc etdiyi bülletenlərdə problemli kreditlərin artmasının şahidi olurduq. Lakin hazırda vaxtı keçmiş kreditlərin bu həddə gəlib çıxmasının təbii ki, bir səbəbi var ki, bu da  ölkədə baş verən kəskin devalvasiyadır.

Xatırladaq ki, 21 fevral tarixində devalvasiyası nəticəsində Azərbaycanda 0.78 manata bərabər olan dollar və 0.89 manata bərabər olan avro kəskin bahalaşdılar: dolların dəyəri 1.05 manata, avronun dəyəri isə 1.19 manata qalxdı. Hazırda isə manatın məzənnəsi sabit qalmayaraq, bu məzənnə civarında artıb, azalmaqdadır.

Devalvasiyadan sonra isə ekspertlər, dolların yüksəlməsinin bir çox sahələrə mənfi təsir etməklə yanaşı, vaxtı keçmiş kreditlərə də böyük bir zərbə vuracağını dəfələrlə qeyd etmişdilər.

Hazırda problemli kreditlərin artmasının səbəbi uzun müddət kreditləşmədə əmələ gələn problemlərlə bağlıdır. Belə ki, kommersiya bankları faiz dərəcələrinin yüksək olmasından istifadə edərək daha çox gəlir əldə etmək üçün nizamsız kredit siyasəti həyata keçirdilər. Onların rəsmiləşdirilməsində mövcud olan çatışmazlıqlar, eyni zamanda kütləviləşməsi vəziyyəti bir az gərginləşdirdi.

Lakin 2014-cü ilə qədər yaranmış problemi bir il ərzində həll etmək mümkün olmadığı aydın görünürdü. Artıq neftin qiymətinin ucuzlaşmasından, manatın devalvasiyası ilə bağlı işartılardan sonra, yəni ilin əvvəli ödənilməyən borcların sayı daha da artdı. Ekspertlərin fikrincə, bir neçə aydan sonra devalvasiya nəticəsində problemli kreditlərin həcmi artaraq 2  milyard manata çatacağı proqnozlaşdırılır.

Son xəbərlər
Digər xəbərlər