Bert Antuan Hellinger (16 dekabr 1925, Laymen, Almaniya) alman filosof və psixoterapevtdir. O özünün “ailə tənzimlənməsi” kimi adlandırılan qısa müddətli terapevtik metodu ilə məşhurdur. O 2007-ci ildən etibarən özünün Hellinger Sciencia adlanan məktəbini təsis etmişdir.
- Uğurun siması Anadır!
- Cinsimizdən asılı olmayaraq sevdiyimiz şəxsin gözlərində anamızın gözlərini axtarırıq.
- Qəzəb – xəyal qırıqlığıdır. Həyat yoldaşına qəzəb – ana ilə bağlı xəyal qırıqlığıdır.
- Qısqanclıq – partnyorla ayrılmağa hədəflənmiş davranış tərzidir.
- Günah hissi və utancaqlıq ölümə aparır.
- Başqasına qarşı etdiyin ədalətsizlik, sənin öz taleyinə çevrilir.
- Əzab çəkmək dəyişməkdən asandır… Xoşbəxt olmaq üçün mərdlik lazımdır.