10 C
Baku
Wednesday, December 11, 2024

Qida təhlükəsizliyi üzrə fəaliyyətlərin sistemli həyata keçirilməsi üçün yetərli şərait yaradıla bilməyib – PALATA

“Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi” Layihəsi çərçivəsində keçirilmiş tədbirlər nəticəsində qida təhlükəsizliyi üzrə bacarıqların artırılmasına əhəmiyyətli dərəcədə nail olunsa da, ümumi nəticəlilik aşağı səviyyədə olunub.

Banker.az xəbər verir ki, bu barədə Hesablama Palatasının “Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi” Layihəsinə dair açıqlamasında deyilir.

  • Palata deyir ki, beynəlxalq ekspertlər tərəfindən müvafiq sahə üzrə müəyyən edilmiş ehtiyaclara uyğun olaraq məsləhətçi xidməti göstərilmiş və zəruri avadanlıqlar alınaraq AQTA-ya təqdim edilmişdir. Verilmiş dəstək həm individual müffəttişin gündəlik işində tələb olunan ləvazimatlarla təchizatı, həm də Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun –(AQTİ) laboratoriyalarının maddi-texniki bazasının beynəlxalq akkreditasiyanın tələblərinə uyğunlaşdırılmasına imkan verən avadanlıqları əhatə edib;
  • Qida təhlükəsizliyi üzrə fəaliyyətlərin sistemli və yüksək əhatəliliklə həyata keçirilməsi üçün yetərli zəmin yaradıla bilməmişdir. Yaradılması Layihə ilə nəzərdə tutulmuş “Qida zəncirinin bütün mərhələlərində məhsulların izlənməsi” sistemi ilə bağlı işlər həyata keçirilməyib.
  • Ölkədə idxal və ixrac əməliyyatları zamanı qida təhlükəsizliyinə nəzarətin həyata keçirilməsi məqsədilə gömrük rəsmiləşdirilməsinin aparıldığı gömrük sahəsində qida təhlükəsizliyinə nəzarət məntəqələrinin yaradılmasında nəticəliyin əldə olunmasında ləngimələr vardır;
  • Layihə çərçivəsində ölkədə iri və xırda buynuzlu heyvanlarda bruselyoz xəstəliyinə qarşı yeni mübarizə strategiyası həyata keçirilmiş və nəticə etibarilə xəstəliyin yayılma faizi ümumi olaraq aşağı ensə də, bəzi rayonlarda rayon (əsasən sərhəd, dağ və mal bazarına yaxın ərazilərdə olan sürülərdə) baytar həkimlərinin məlumatlarına görə, heyvanların indentifikasiya olunmaması, sərhəd keçid məntəqələrindən idxal olunan diri heyvanların epizootik durumuna nəzarətin lazımi qaydada olmaması, heyvanların daxili yerdəyişmələrinin (heyvanların satış məqsədilə bazarlara aparılması, sürülərin yaylaq və qışlaqlara köçürülməsi və s.) nəzarətsiz qalması, kəskin baytar həkim çatışmazlığı, xəstə heyvanların dövriyyədən xaric edilməsi mexanizminin tətbiq edilməməsi kimi səbəblərdən xəstəliyə yoluxmuş heyvanların prevalentlik faizi artmışdır.
Son xəbərlər
Digər xəbərlər