18 C
Baku
Monday, April 29, 2024

“İmmunitet sertifikatı”nın müddətinin uzadılma qaydası açıqlanıb

“İmmunitet sertifikatı”nın etibarlılıq müddəti 6 aydır. COVID-19 xəstəliyinə yoluxmuş və “İmmunitet” sertifikatı əldə etmiş şəxs 6-cı aydan başlayaraq, sertifikatın qüvvədə olma tarixi bitdikdən sonra 56 gün müddətində 1 doza vaksin ( bu, buster doza sayılır) vurdura bilər.

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib. Qeyd olunub ki, buster dozanı (bir doza) vurdurmaqla vətəndaşın “İmmunitet” sertifikatı müddətsiz olur.

Əgər şəxs 1-ci dozadan 28 gün sonra 2-ci doza peyvənd vurdurursa, bu zaman o “İmmunitet sertifikatı”nı “Peyvənd sertifikatı” ilə əvəz edir. Qeyd edildiyi kimi “Peyvənd sertifikatı” müddətsizdir.

MənbəAPA
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər