Azərbaycanda idxal və ixrac əməliyyatları ilə məşğul olanların sayı artır.
Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2021-ci ilin 10 ayında (yanvar-oktyabr dövründə) xarici ticarət iştirakçılarının sayı 54 min 873 şəxs olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15 min 777 şəxs çoxdur. 2020-ci ilin 10 ayında xarici ticarət iştirakçılarının sayı 39 min 96 şəxs təşkil etmişdi.
Hüquqi şəxs olan xarici ticarət iştirakçılarının sayı 595 şəxs artaraq 8 min 250 şəxsə, fiziki şəxs olan xarici ticarət iştirakçılarının sayı isə 15 min 182 şəxs artaraq 46 min 623 şəxsə yüksəlib. Ötən ilin 10 ayında 7 min 655 hüquqi, 31 min 441 fiziki şəxs xarici ticarət iştirakçısı idi.