Dövlət ucuz faizli borcları görüncə, fond bazarından borclanmağa iştahı artır
Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən cari ilin ilk 11 ayə ərzində fond bazarından 1 milyard 446.15 milyon manatlıq borc cəlb edilib.
Banker.az bu barədə Bakı Fond Birjasının aylıq açıqlamasına istinadən xəbər verir.
Fond birjası açıqlayır ki, dövlət istiqrazlarını cəlb etdiyi bu vəsaitlər üzrə ilin əvvəlindən indiyə qədər 530 əd. əqd bağlanıb.
2021-ci ilin yanvar-noyabr ayları ərzində ilkin istiqraz kimi fond bazarına çıxarılma həcmi 2020-ci ilin eyni müddətini 327.32 mln. manat, yaxud 29.3% üstələmişdir.
Üç illik dövlət istiqrazlarının gəlirliliyi:
Bir faktı da qeyd etməliyik ki, Maliyyə Nazirliyi cari ildə uzunmüddətli dövlət istiqrazların fond bazarına hərraca çıxarılmasında daha çox meylli oldu.
AMB-nin faiz dərəcələri 29 oktyabr 2021-ci il tarixindən etibarən faizlərin aşağı həddi 6%-ə, yuxarı həddi 8%-ə və uçot faiz dərəcəsi 7%-ə qaldırılsa da dövlət istiqrazlarının gəlirliliyi son illərin minimumuna düşüb.
Məsələn, ötən ilin iyununda 3 illik istiqrazların gəlirliliyi 12.19%-ə yüksəldiyi halda noyabr ayının 16-na 4.3%-ə qədər geriləmə yaşadı. Həmin tarixdə 5 illik istiqrazların gəlirliliyi 10.94% olduğu halda, cari ilin noyabrın son hərracında 5.64%-ə qədər gerilməşdir. (ətraflı)