1 C
Baku
Saturday, December 14, 2024

Dünya Bankı Əfqanıstana $280 mln. ayırır

Dünya Bankının direktorlar Şurası Əfqanıstanın Yenidənqurma Fondundan Ümumdünya Ərzaq Proqramı (WFP) və BMT-nin Uşaq Fondu (UNICEF) tərəfindən həyata keçirilən humanitar dəstək məqsədilə 280 milyon dolların ayrılmasını təsdiq edib.

Banker.az xəbər verir ki, məlumata görə, daha əvvəl idarə heyətinin üzvləri qeyri-rəsmi olaraq 500 milyon dollara qədər vəsaitin dondurulmasını müzakirə ediblər.

Vəsaitin ABŞ da daxil olmaqla fondun 31 donorunun hər biri tərəfindən təsdiqlənməsi gözlənilir. Ağ Ev və ABŞ-ın Maliyyə Nazirliyi “Reuters”in sorğusuna cavab verməyib. Dünya Bankının nümayəndəsi agentliyə bildirib ki, həqiqətən də bu məsələ müzakirə olunub və fondun donor görüşü dekabrın 3-nə təyin edilib.

Xatırladaq ki, avqustun ortalarından Əfqanıstan Taliban terror hərəkatının nəzarəti altındadır. Ölkədə müvəqqəti hökumət yaradılıb. ABŞ-ın Dövlət Departamenti Dohadakı danışıqlardan sonra Əfqanıstana humanitar dəstək verəcəyini açıqlayıb.

Son xəbərlər
Digər xəbərlər