“Gilan Holding” MMC-nin törəmə şirkətinin nizamnamə kapitalı artırılır.
Bu barədə Banker.az-ın əldə etdiyi məlumatda deyilir.
Məlumata görə, holdinqin şirkəti “Gilan Dairy Farms” MMC-nin nizamnamə kapitalı 100 manatdan 1 100 manata qaldırılıb.
“Gilan Dairy Farms” bununla nizamnamə kapitalını son əməliyyatla 11 dəfə artırmalı olub.
Qeyd edək ki, şirkət 2015-ci ildə yaradılıb. Şirkət süd məhsulları istehsalı və satışını həyata keçirir.