10 C
Baku
Tuesday, November 26, 2024

“Umico”nun sahibi mağazalar şəbəkəsini məhkəməyə verib

“PASHA Holding”in ekosistem sahəsi üzrə ixtisaslaşan şirkəti, “Umico”nun sahibi “Competo” bir neçə şirkətə qarşı kommersiya iddiası qaldırıb.

Banker.az xəbər verir ki, “Competo” MMC Bakı Kommersiya Məhkəməsinə dörd yerli şirkətlə bağlı məhkəmə iddiası qaldırıb.

Bunlar, “MZ Group Azərbaycan” MMC, “Baladchi Tour Services” MMC, “Avand” Firması“Seven Days” MMC barəsində kommersiya məhkəməsinə müraciət edib.

“Competo”nun iddiası müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr olub.

“MZ Group Azərbaycan” şirkəti Azərbaycanda mağazaçılıq sahəsində 1997- ci ildən etibarən  fəaliyyət göstərir. “Uspolo Assn”, “Cacharel”, “Hummel”, “Monica Ricci”, “BYTshoes” və “New Balance” kimi dünya geyim markalarını birləşdirərək Azərbaycanda satışı ilə məşğuldur. Eyni zamanda “BYT shoes” markasının və mağazalar şəbəkəsinin sahibidir.

“Competo” şirkət 2018-ci ilin sentyabr ayında təsis edilmişdir. Baş ofisi Bakıda yerləşir. 2019-cu ilin may ayında növbəti 3 il üçün planlaşdırılan rəqəmsal xidmət olan Umico (Universal Mobil Ağıllı Bələdçi) koalisiya loyallıq bonus proqramı Azərbaycan bazarında satışa çıxarılıb.

Son xəbərlər
Digər xəbərlər