“Aqrar Tədarük və Təchizat” ASC “Aktuary” MMC ilə müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə 2022-ci ilin (Yeni il) gəlişi ilə əlaqədar Bakı şəhəri əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına olan təlabatının təmin olunması məqədilə 20-30 dekabr 2021-ci il tarixlərində şəhərin müxtəlif ərazilərində satış yarmarkalarının təşkili və təşkilati işləri satınalınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 199 998 manatdır.
Qeyd edək ki, “Aktuary” MMC 2014-cü ildə dövlət qeydiyyatına alınıb, nizamnam kapitalı 10 manatdır və qanuni təmsilçisi Zabit Məmmədovdur.