“Yardımlı Olimpiya İdman Kompleksi” MMC dövlət qeydiyyatına alınıb.
Sentyabrın 13-də dövlət qeydiyyatına alınan Kompleksin nizamnamə kapitalı 9 281 724 manat təşkil edir.
“Yardımlı Olimpiya İdman Kompleksi” MMC-nin qanuni təmsilçisi Talıbov Natiq Məmməd oğludur və hüquqi ünvanı Yardımlı rayonu, Koryədi-dir.