Neftçala Sənaye Məhəlləsində “Khazar” avtomobillərinin istehsalını təşkil edən müəssisə “Azərmaş” ASC-nin yeni törəmə müəssisəsi yaradılıb.
Banker.az xəbər verir ki, 3 dekabr 2021-ci il tarixdə “Azərmaş Lizinq” Məhdud Məsuliyyətli Cəmiyyəti dövlət qeydiyyatına alınıb.
Şirkət Bakı şəhəri Yasamal rayonu, Xarici Dairəvi , ev 4 hüquqi ünvanında 100 manat nizamnamə kapitalı ilə qeydiyyata alınıb. Şirkətin qanuni təmsilçisi Ramiz Mehdiyev Saday oğludur.
“Azərmaş”ın bir neçə törəmə şirkəti vardır. Bura avqust ayında yaradılımış “Azərmaş Avto Servis” MMC, “Azərmaş CP” MMC, “Azərmaş Trade” MMC, “AZƏRMAŞ” MMC (dövlət müəssisələrinə tenderlərdə avtomobillərin satışını bu şirkət həyata keçirir) və “Azərmaş Park” MMC kimi şirkətləri aid etmək olar.
İlk olaraq, Neftçala Sənaye Məhəlləsində İranın “Khodro” avtomobillərin istehsalı zavodu qurulub. Yerli istehsal olan bir neçə avtomobil markası yerli və xarici bazara çıxarılır.