13 C
Baku
Friday, November 22, 2024

Azərbaycanda turizm bələdçiləri üçün akkreditasiya 200-500 manata başa gələcək

“Azərbaycanda aktiv turizm bələdçilərii 3 ildən bir akkreditasiyadan keçməlidir”.

Bunu turizm bələdçilərinin sertifikatlaşdırılması orqanının keyfiyyət üzrə meneceri Səkinə Əsgərova deyib.

“Azərbaycan Turizm Bələdçiləri Assosiasiyası” İctimai Birliyinin sədri Tural Musayev isə deyib ki, akkreditasiya 200-500 manata başa gələcək.

“Biz istəyirik ki, bu məbləğin bir hissəsini Dövlət Turizm Agentliyinin Azərbaycan Turizm Bürosu ödəsin. Ümid edirik ki, gələn ilin sonuna qədər bu, qəbul olunacaq”, – deyə o, qeyd edib.

T.Musayev ölkədəki bələdçilərin sayını da açıqlayıb: “Hazırda ölkəmizdə 300-ə yaxın turizm bələdçisi var. Optimallaşmadan sonra təxminən 100 turizm bələdçisi qalacağını düşünürük”.

Son xəbərlər
Digər xəbərlər