10 C
Baku
Wednesday, December 11, 2024

“Optimal Elektronika”nın 12%-lik istiqrazları bu tarixdən hərracda

6 dekabr 2021-ci il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “Optimal Elektronika” MMC-nin ümumi dəyəri 2.5 mln. manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.

Bu barədə Banker.az-a BFB-dan bildirlib.

9 dekabr 2021-ci il tarixində “Optimal Elektronika” MMC-nin istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.

İstiqrazlarla bağlı məlumatlar aşağıdakı kimidir:
Dövlət qeydiyyat nömrəsi: İSİN AZ2002023599
İstiqrazların növü və forması: Faizli təmin edilməmiş sənədsiz adlı
İstiqrazların sayı: 2 500 ədəd
Nominal Dəyəri: 1 000 manat
Ticarətə buraxlma tarixi: 09.12.2021
İllik faiz dərəcəsi:12%
Tədavül müddəti: 18 ay
Kupon faizlərinin ödəniş müddəti: Hər 6 aydan bir

Son xəbərlər
Digər xəbərlər