9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycan banklarının “Yeni il” kampaniyaları – Siyahı

2021-ci ilin son ayında bir çox banklar 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə kampaniyalara start veriblər.

Banker.az belə kampaniyalar elan edən bankları araşdırıb və sizə təqdim edir.

ABB

Hər bir müştəri ABB-yə müraciət edərək “İlin son fürsət”indən yararlana bilər. Belə ki, kampaniya müddətində nağd pul kreditini cəmi 13%-dən başlayan illik faiz dərəcəsi ilə əldə etmək olar. Bu fürsət 1 dekabrdan 10 yanvara qədər keçərlidir.

Kampaniyanın şərtləri:

  • Məbləğ – 30 000 manatadək
  • Müddət – 60 ayadək
  • Komissiya – 0%
  • İllik faiz dərəcəsi – 13%-dən başlayaraq
  • Zaminsiz – 20 000 manatadək
  • 500 manatlıq TamKart kredit kartı hədiyyə

ABB-nin əmək haqqı və pensiya kartı sahibləri ilə yanaşı, əmək haqqını digər bankların kartları ilə alan müştərilər də bu sərfəli kredit imkanından faydalana bilərlər. Başqa banklara kredit borclarını bağlayıb ABB-dən daha da aşağı faizlərlə kredit əldə etmək də olar.

Müxtəlif ehtiyacların qarşılanması üçün nəzərdə tutulmuş nağd pul kreditini ABB-nin bütün filiallarından almaq mümkündür. ABB-nin əməkhaqqı kart sahibləri krediti Banka gəlmədən ABB Mobile tətbiqi ilə onlayn şəkildə də əldə edə bilərlər.

ABB kampaniya 1

AccessBank

AccessBank-ın “İlin son fürsəti” kampaniyası nağd krediti daha da sərfəli edib. İndi müştərilər əmək haqqıdan asılı olaraq 30 min AZN-dək nağd krediti illik 14%-dən başlayan faiz dərəcəsi ilə və ən əsası zaminsiz və komissiya haqqı olmadan əldə edə bilərlər. Kreditin maksimal müddəti 48 ayadəkdir.

Bankın rəsmi internet saytı vasitəsilə ətraflı məlumat əldə etmək və sifariş vermək mümkündür.

Həmçinin, kampaniyadan yararlanmaq üçün AccessBank-ın yaxınlıqdakı filialına yaxınlaşmaq, həmçinin Bankın 151 Əlaqə mərkəzinə zəng etmək və ya 055 440 01 51 WhatsApp nömrəsinə yazmaq olar.

Access kampaniya

Bank BTB

Bank BTB “Yeni il” kampaniyasında illik 13.99%-dən başlayan 48 ay müddətinədək 30.000 AZN-dək Nağd pul krediti təklif edir. Bundan əlavə, kiçik və orta biznes kreditləri illik 14.99%-dən və Mikro kreditlər illik 16.99%-dən başlayaraq təqdim edilir.

Qeyd edək ki, təqdim edilən kreditlərdə sığorta komissiyası yoxdur, rəsmiləşdirmə komissiyası isə 0%-dən başlayır.

Bankın “Yeni il” kampaniyası dekabrın 30-dək davam edəcək.

Kampaniyadan yararlanmaq istəyən şəxslər Bank BTB-nin filial şəbəkəsinə və ya bankın onlayn müraciət kanalları olan Facebook və Instagram  səhifələrinə, eləcə də 055 3000 946 WhatsApp  nömrəsinə müraciət edə bilərlər.

BTB kampaniya

Rabitəbank

Rabitəbank yeni ilin astanasında 2021-ci ilin son kampaniyası ilə nağd pul kreditinin illik faizini endirdi.

Dekabrın 3-dən etibarən bankın sadiq və yeni müştəriləri nağd pul krediti məhsulunu illik cəmi 14.44% ilə başlayan şərtlərlə əldə edəcəklər. 30000 AZN-dək nağd pul kreditini 36 ay müddətinə heç bir komissiya və sığorta haqqı ödəmədən əldə etmək üstünlüyünə sahibsiniz.

Təklifin keçərli olduğu son gün – 14 yanvar, 2022-ci il.

Kampaniya müddətində krediti onlayn sifariş edən müştərilər əlavə endirim qazanacaqlar. Bunun üçün nağd pul kreditini Rabitəbankın rəsmi saytından, Rabita Mobile tətbiqindən, 4133 qısa nömrəsinə “Kredit” yazıb göndərməklə və ya 133 Çağrı Mərkəzinə zəng edərək sifariş edə bilərsiniz.

Rabitəbank kampaniya

TuranBank

TuranBank nağd kredit üzrə faiz dərəcəsini daha sərfəli edən “İlin fürsəti” kampaniyasına start verib.

Bu kampaniya çərçivəsində TuranBank-a müraciət edən hər kəs nağd krediti 13.7%-dən başlayan faiz dərəcəsi ilə əldə etmək, həmçinin ödənişə 2022-ci ilin aprel ayından başlamaq imkanı qazanacaq. Eyni zamanda, müştərilər kampaniyaya əsasən nağd krediti komissiyasız və zaminsiz də əldə edə biləcək.

31 dekabr 2021-ci il tarixədək davam edəcək kampaniyanın şərtlərinə əsasən nağd pul kreditini filiala gəlmədən TuranBank-a məxsus rəsmi veb saytdan, mobil tətbiq və ya sosial şəbəkələrdən (Facebook, Instagram, Whatsapp) onlayn sifariş edən şəxslər illik faiz dərəcəsinə 1%-dək endirim qazanacaq.

Turanbank kampaniya


Kapital Bank

Bütün BirKart sahibi olan müştərilər partnyor mağazalarında 50 AZN-dən yuxarı istənilən taksit ödənişləri etdikdə (ninja əməliyyatlarına şamil edilmir) əlavə qazanc əldə edə biləcəklər.

6 yanvar 2022-ci il tarixinədək davam edəcək aksiya müddətində gün ərzində hər 20-ci taksit əməliyyatı edən BirKart sahibi avtomatik olaraq 22 AZN hədiyyə qazanır. Hədiyyə edilən məbləğ 3 iş günü ərzində kartın hesabına mədaxil ediləcək. Hər müştəri kampaniya ərzində 2 dəfə 22 AZN (toplam 44 AZN) qazana bilər. Ətraflı məlumat üçün – https://kbl.az/bk2022pr.

BirKart Yeni il 2022 1Bank Respublika

Bank Respublikanın start verdiyi yeni kampaniya çərçivəsində müştərilər nağd istehlak kreditini 15%-dən başlayan faiz dərəcəsilə götürüb, kredit məbləğinin 5%-ni geri alacaqlar!Bunun üçün, bankın kartla təqdim etdiyi istehlak kreditini nağdsız şəkildə xərcləmək kifayət olacaq.

Qeyd edək ki, “Bank Respublika”ya müraciət edən istənilən peşə sahibləri max.müddәti 48 ay olan 50 000 manatadək nağd istehlak kreditlərini heç bir sığorta haqqı olmadan və zaminsiz əldə etmək imkanı qazanacaq.

Kampaniya 10 yanvar 2022-ci il tarixinədək davam edəcək.

Ən önəmli məqamlardan biri də odur ki, Bank Respublikadan daha öncə kredit götürən müştərilər banka gəlmədən onlayn müraciət edərək krediti birbaşa kartlarına almaq imkanı da qazanacaqlar. Krediti onlayn sifariş edən müştərilər həmçinin komissiyada 50% endirim əldə edə biləcək.

Kampaniyadan yararlanmaq istəyən müştərilər, krediti onlayn olaraq Bank Respublika”nın rəsmi saytından, facebook səhifəsindən , eləcə də WhatsApp-da Çat-Bot xidmətindən istifadə edərək 051 4 144 144 nömrəsinə “Kredit” yazıb göndərərək sifariş edə bilərlər.

Bank Respublika Yeni ilYelo Bank

Yelo Bank 2022-ci ili 14%-li nağd kredit ilə qarşılamaq şansı yaradır. Maksimal məbləğ 30 000 AZN, maksimal müddət isə 48 aydır. Bankın təklif etdiyi krediti komissiyasız almaq imkanınız var. Sifariş etmək üçün link: bit.ly/ylfbtxt

yelo bank yeni ilUnibank

Unibank Yeni il ilə əlaqədar bir neçə kampaniya həyata keçirir.

Belə ki, yeni ilə üç sıfır öndə başlamaq üçün 31 dekabrdadək Unibankda:

  • Nağd kreditlərin komissiyası – 0
  • Kartların xidmət haqqı – 0
  • Üstəlik bütün bu məhsulların əldə edilməsi üçün vaxt itkisi – 0

Bunun üçün istənilən Unibank filialına yaxınlaşmaq və ya onlayn müraciət etmək üçün 0 yazıb sms ilə 8117 qısa nömrəsinə göndərmək kifayətdir.

Bundan əlavə, dekabrın 31-dək Albalı Kredit kartı ilə onlayn alış-veriş et və 3 ayadək FAİZSİZ, hissə-hissə ödəmək imkanı yaradır. Həmçinin, 25-31 dekabr tarixində Unibank Mastercard kartınla istənilən Apple və ya Android cihazın ilə hər biri minimum 5 AZN dəyərində ödəniş 1 AZN keşbek qazandıracaq! Ətraflı: https://unbk.az/3Eq7VxR

unibank yeni ilExpressbank

Yeni kredit kampaniyası çərçivəsində Expressbank müştərilərə yeni ildən kreditlərini daha az ödəyərək gəlirlərinə qənaət etmək imkanı yaradır. Əmək haqqı, iş yeri və vəzifəsindən asılı olmayaraq hər kəs, cəmi 13.22%-lə 30.000 manatadək nağd pul krediti əldə edə biləcək.

Üstəlik kampaniya çərçivəsində kredit əldə edən müştərilərə balansında 10.000 manatadək vəsait olan Expresso Standart, GOLD hətta Platinum kredit kartları hədiyyə olunacaq.

Kampaniyadan yararlanmaq istəyən müştərilər Expressbank-ın istənilən filialına yaxınlaşa və ya bankın onlayn xidmət kanallarından, Express24 mobil tətbiqindən, 050 444 41 32 whatsapp nömrəsindən, bankın sosial şəbəkələrdəki rəsmi səhifələrindən və ya bankın rəsmi saytından krediti  banka yaxınlaşmadan sifariş edə bilərlər.

express yeni il

Muğanbank

Muğanbank yeni il münasibətilə ailələrə pulsuz kart əldə etmək fürsəti verir. Belə ki, 15 yanvar tarixinədək “Soyuq əllər, İsti ürək” xeyriyyə yarmarkasında Muğanbank evinə ailə olaraq müraciət etdikdə valideyn və uşaq plastik kartları pulsuz əldə edilə bilər.

muganbank yeni ilAzər Türk Bank

Dövlət bankı Azər Türk Bank  Yeni il münasibətilə müştərilər üçün sərfəli şərtlərlə istehlak kreditləri üzrə başladığı kampaniyasının müddətinin 15 yanvar da daxil olmaqla, yeni 2022-ci ilin həmin tarixinədək uzadıb.

Kampaniya ərzində 3 aydan 12 ay müddətinədək rəsmiləşdirilən kreditlərin illik faiz dərəcəsi 14%-dir. Qeyd edək ki, 24 ay müddətinədək verilən kreditlərə görə komissiya haqqı yoxdur.

Bundan əlavə, Bank müştərinin orta aylıq xalis gəlirindən asılı olaraq, kreditin maksimum məbləğini 30 000 manat, təminatsız verilən kreditin məbləğini isə 15 000 manat səviyyəsində müəyyənləşdirib.

Azər Türk Bankın saytı vasitəsilə krediti online sifariş vermək mümkündür.

atb yeni ilPAŞA Bank

“PAŞA Bank”ın 16-31 dekabr tarixlərində keçiriləcək kampaniya çərçivəsində biznes sahibləri yeni il öncəsi endirim və hədiyyələrdən faydalana bilərlər. 

Belə ki, müştərilər “PAŞA Bank”ın onlayn biznes krediti sifarişi zamanı birdəfəlik komissiyaya 25% endirim əldə edəcəklər. Bu kreditdən yararlanan sahibkarlar endirimli faiz dərəcəsindən əlavə “Umico” və ya “Azpetrol” balansına 100 AZN bonus qazanacaqlar.

Ətraflı məlumat və kredit müraciəti üçün keçid: https://bit.ly/3oMbWYW

pasha bank AzAFB Bank

AFB Bank Yeni ili minimum faizlə keçirmək üçün və ilin sonunda artan xərcləri qarşılamaq üçün 2 kampaniya təklif edir.

“AFB Bank”ın 1-ci kampaniyası nağd pul kreditini illik cəmi 14%-lə təqdim edir. Bununla həm 30 000 AZN-dək krediti 48 ay müddətinə zaminsiz və sığorta haqqı ödəmədən əldə etmək üstünlüyünə sahib ola bilər, həm də növbəsiz çevik rəsmiləşdirmə ilə vaxta qənaət edə bilərsiniz.

Sərfəli kredit məhsulundan Azərbaycan ərazisində yaşayan və Azərbaycan vətəndaşı olan, rəsmi gəlirini təsdiq edə bilən hər kəs və 70 yaşına qədər  təqaüdçülər yararlana bilər.

“AFB Bank” ın təqdim etdiyi Nağd pul kreditindən yararlanmaq üçün https://afb.az/nagd-pul-krediti online sifariş edə və ya filiallardan əldə edə bilərsiniz.

AFB yeni il

Digər kampaniya müddətində isə müştərilər “AFB Bank”dan kredit kartını  çox sərfəli  şərtlərlə 18%-dən əldə edə bilərlər. Kreditin məbləği 10.000 AZN-ə qədər olduqda zamin tələb olunmur. Kredit müddət isə 36 aya qədərdir.

“AFB Bank” ın təqdim etdiyi bu “Yeni il kampaniyası”ndan yararlanmaq üçün https://afb.az/yeni-il-kampaniyasi online sifariş edə və ya filiallardan əldə edə bilərsiniz.

Təklifin keçərli olduğu son gün – 14 Yanvar 2022-ci ildir.

afb yeni il 1

Son xəbərlər
Digər xəbərlər