Müəllif: Embawood: Strateji İdarəetmə Qrupunun rəhbəri və Qafqaz Universiteti Marketinq müəllimi Cəbrayıl Vəliyev
Şirkətlərin həyatlarının hər mərhələsində əsas məqsədləri qazanc əldə etməkdir. Bu istiqamətdə inkişaf tempində olan şirkətlərdə çətinliklər az olsa da və ya daha az hiss edilsə də demək olar ki, bütün şirkətlərdə müxtəlif zamanlarda qeyd edilən əsas məqsədi əldə etmədə bir tıxanıqlıq yaranır və ya azalma meyli göstərir. Bu tıxanıqlıq və azalmanın həlli pərakəndə fəaliyyətlərlə deyil, konseptual yanaşma və böyük çərçivəni görməkdən asılıdır. Xüsusilə böhran dönəmlərində və kəskin rəqabət şəraitində şirkətlər problemlərə daha stratejik və konseptual baxmalıdırlar.
Bu yazıda qazanc əldə etmə istiqamətində əlavə dəyər yaratma yollarından bəhs etmək istəyirəm. Və bunu aşağıdakı şəkil vasitəsilə göstərərək aydınlaşdırmaq fikrindəyəm:
Şəkildən göründüyü kimi üç dəyər yaratma qaynağı mövcuddur:
1) Tədarükçü qaynaqlı dəyər yaratma yolu
2) Şirkət daxili dəyər yaratma yolu
3) Müştəri qaynaqlı dəyər yaratma yolu…
Şirkətlər bu üç dəyər yaratma yolundan effektiv istifadə etməlidir. Hər üç istiqamətdə fəaliyyətlər konseptual şəkildə araşdırılmalı, problemlər ortaya çıxarılmalı və konseptual həll yolları tapılmalıdır.
-Tədarükçü portfelinin strukturu, alternativ tədarükçü dəyərləndirməsindən tutmuş mövcud tədarükçülərlə bazarlıq gücünə qədər və nəticədə onlarda daha aşağı qiymətdən satmaq istəyinin yaradılması ilə əldə ediləcək dəyər tədarükçü qaynaqlı dəyər yaratma yolunu əhatə edir.
-Şirkət daxilində maliyyətin formalaşmasında rol oynayan faktorların ələ alınması, incələnməsi və effektivlik və səmərəliliyin artırılması ilə düzgün optimizasiyanın həyata keçirilməsi şirkət daxili dəyər yaratma yolu kimi ifadə oluna bilər.
-Üçüncü isə şirkət xitab etdiyi müştəri qisminin almaq istəyini gücləndirmək istiqamətində gördüyü tədbirlər toplusu və qiymətin qorunması və mümkün olduğu təqdirdə isə müəyyən qiymət artımıyla yaradılacaq əlavə dəyər mexanizmidir. Ancaq bunun qaynağı müştəriyönlü əlavə dəyər yaratmaqdan keçir. Xidmətdə və keyfiyyətdə təkmilləşdirmə yolları bunların qaynağıdır. Yaradılacaq əlavə dəyərin geri dönmə dəyəri daha yüksək olacaq əlavə dəyərlər yaradılmalıdır.
Nəticədə bu üç istiqamətdə konseptual fəaliyyət maliyyətlə-qiymət aralığını genişləndirəcək və şirkətə əlavə dəyər qazandıracaqdır…