Valyuta tənzimlənməsi – valyuta və valyuta dəyərləri ilə əməliyyatların keçirilməsi qaydasında özünü əks etdirən beynəlxalq iqtisadi münasibətlərin dövlət tənzimlənməsi formasıdır. Kapitalist sistemli ölkələrdə valyuta tənzimlənməsi dünya və dövlət iqtisadiyyatının vəziyyətindən, maliyyə sisteminin etibarlılığından asılıdır. Bundan əlavə, dövlətlər arasındakı münasibətlər valyuta siyasətinə həlledici təsir göstərir.
Bəzi dövlətlər valyuta tənzimlənməsindən xarici ticarətə dövlət müdaxiləsi aləti kimi istifadə edir. Bundan başqa, o daxili-iqtisadi ekspansiyadan qorunma funksiyasının yerinə yetirir.
Başqa sözlə desək, valyuta nəzarəti dövlətin maraqlarını əks etdirməklə eyni zamanda, onun valyuta əməliyyatlarına əsassız müdaxiləsinin qarşısını alır. Həmçinin dövlət valyutanı tənzimləmək məqsədilə valyuta məzənnəsinin dəyişmə sərhədərini təyin edir. Bu sərhədlər valyuta dəhlizi adını daşıyır.
Valyuta tənzimlənməsi haqqında qanun hər bir dövlətdə mövcuddur və dövlətin valyuta siyasətinin əsas vəziyyətini əks etdirir. Bu zaman qanunvericilik tərəfindən valyuta məhdudlaşdırılmaları, daha doğrusu valyuta və digər valyuta dəyərləri ilə əməliyyatlarda məhdudlaşdırılmalar təyin edilə bilər. Bu məhdudlaşdırılmalar isə sərhəddən kənara pul köçürmələri, kapital çıxarımı və əcnəbi valyuta ilə srəbəst ticarətə qadağa qoyulmanı əhatə edə bilər.
Valyuta siyasəti özündə dövlət təşkilatları, maliyyə və bank təşkilatları tərəfindən həyata keçirilən iqtisadi, təşkilati tədbirləri əks etdirir.