Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya sahəsində müvafiq qanunvericiliyin icrasına nəzarət məqsədilə 2021-ci il dekabrın 7-də ölkə üzrə 396 ictimai iaşə obyektində 692 monitorinq keçirib.
Banker.az AQTA-ya istinadən xəbər verir ki, monitorinqlər zamanı 7 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsinin R. Rza küçəsi ilə kəsişməsində yerləşən, fiziki şəxs Quliyev Tərlan Mustafa oğluna məxsus restoran;
2. Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küç., ev 58C ünvanında yerləşən, fiziki şəxs Qunduzov Qurban Xalid oğluna məxsus kafe;
3. Bakı şəhəri, Səbail rayonu, Əliyev küç., ev 5 ünvanında yerləşən, fiziki şəxs Əliyarova Sevda Oktay qızına məxsus kafe;
4. Gəncə şəhəri, Ə. Mehmandarov küçəsində yerləşən, fiziki şəxs İbrahimov Elşad Vilayət oğluna məxsus restoran;
5. Gəncə şəhəri, 28 May küçəsində yerləşən, fiziki şəxs Nəbiyev Xəyal Namiq oğluna məxsus kafe;
6. Şəmkir rayonu, Sarıyev küçəsində yerləşən, fiziki şəxs Süleymanov Xəyyam Arif oğluna məxsus kafe;
7. Bakı şəhəri, Nəsimi rayonu, F. Əmirov küçəsində yerləşən, hüquqi şəxs “Azertürk Hotel ve Turizm” MMC-yə məxsus mehmanxananın tərkibində fəaliyyət göstərən restoran.