İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Troni İnvestisiya Şirkəti” Qapalı Şəhmdar Cəmiyyətini qeydiyyata alıb.
Banker.az xəbər verir ki, şirkətin nizamnamə kapitalı 360 000 manatdır və qanuni təmsilçisi Mübariz Əmiraslanov Rəhman oğludur.
İnvestisiya şirkətinin Müşahidə Şurasının üzvləri isə Seyidov Elnur Sabir oğlu, Səfiyev Səyavuş Kavı oğlu, İsmayılov Şamil Vəli oğludur.
Şirkətin hüquqi ünvanı Bakı Şəhəri Nərimanov Rayonu, Koroğlu Rəhimov, ev 13B, m. 33-dür.