Aprelin 23-dən etibarən Bakı Fond Birjasının (BFB) alternativ bazar seqmentində “Bank BTB” ASC-nin sənədli, adlı, adi səhmlərinin satışına başlanılacaq.
Emissiya çərçivəsində hər birinin nominal dəyəri 1000 manat olan 5,16 min səhm buraxılıb.
Yerləşdirmənin anderrayteri qismində “Unicapital” ASC çıxış edir. Məlumata əsasən, bankın səhmdarları mayın 23-dək səhmlərin əldə edilməsi üzrə üstünlüyə malikdirlər. Bankın qiymətli kağızları BFB-nin alternativ bazar seqmentinin listinqinə qəbul edilib.
Trend