Moskva şəhərində sabah “3+3” formatında keçiriləcək regional platformanın ilk iclasında Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edəcək.
Bu barədə Azərbaycan XİN-in Mətbuat Xidməti İdarəsinə istinadən xəbər verir.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyob Ərdoğanın təşəbbüsü ilə yaradılmış “3+3” formatında platformanın ilk iclası dekabrın 10-da Moskvada keçiriləcək. Görüşdə Azərbaycan, Türkiyə, Rusiya, İran və Ermənistanın xarici işlər nazirlərinin müavinləri təmsil olunacaq.