“Azersun Holding”ə yaxın daha bir yeni şirkət təsis edilib.
Banker.az xəbər verir ki, “Azersun Holdinq”in Kənd təsərrüfatı üzrə baş direktoru , İran İslam Respublikası vətəndaşı Məhəmməd Gözəlin (Mohammad Gouzal) rəhbəri olduğu “Mona” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1505662861) dövlət qeydiyyatına alınıb.
“Mona” MMC-nin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, Ceyhun Hacıbəyli ev.58C m.2 ünvanında 5 000 manat nizamnamə kapitalı ilə yaradılıb.
Məhəmməd Gözəl, həmçinin 2021-ci ilin fevralında yaradılmış “Binə Plastik Zavodu” MMC-nin də qanuni təmsilçisi kimi təqdim edilir.