10 C
Baku
Thursday, December 12, 2024

Analitiklər dünyada sərbəst pul dövrünün bitəcəyini proqnozlaşdırıblar

2022-ci ildə makroiqtisadiyyata təsir göstərə biləcək əsas tendensiyalar fond bazarlarında sərbəst pul dövrünün başa çatması və kosmosun yeni “Vəhşi Qərb”ə çevrilməsi olacaq.

Banker.az xəbər verir ki, bu barədə “Deutsche Bank”ın “2022-ci ilin əsas 10 mövzusu” hesabatında deyilir.

Digər şeylər arasında analitiklər mərkəzi bankların rəqəmsal valyutalarının, habelə artıq ehtiyatların meydana çıxacağını proqnozlaşdırıblar. Onlar hesab edirlər ki, koronavirusun yeni ştamları ilə bağlı qorxulara baxmayaraq, yeni ildə staqflyasiya qlobal iqtisadiyyatı təhdid etmir.

Bankın strateqləri yaranan tendensiyaları “qrouflyasiya” (growthflation) – yüksək artım tempinin yüksək inflyasiya ilə birləşməsi sözü vasitəsilə ifadə edirlər. Eyni zamanda onlar qiymət artımının “vertolyot pulları” dəstəkləyəcəyini söyləyiblər.

Ekspertlər COVID-19 ilə mübarizənin uğurlu olacağına inanırlar. Səbəblər arasında vaksinlərin əlçatanlığının genişlənməsi, koronavirusa qarşı dərmanların ortaya çıxması var.

“Deutsche Bank” əmək bazarının sürətli bərpasını gözləyir. Bununla yanaşı, təşkilat əmək bazarının tənəzzüldən sağalması üçün adətən dörd-yeddi il lazım olduğuna diqqət çəkir. Belə ki, ABŞ-da işsizlik səviyyəsi pandemiyadan əvvəlki 3.5% ilə müqayisədə 4.2% səviyyəsinə qayıdıb, Fransa və İspaniyada isə məşğulluq səviyyəsi koronavirusdan əvvəlki dövrlə müqayisədə yüksəkdir.

Xarici siyasətdə analitiklər kosmosun hərbiləşdirilməsi problemini 2022-ci ilin əsas müzakirə mövzusu adlandırıblar. Onlar bir çox ölkələrin kosmosa “Vəhşi Qərb” kimi baxdığını, lakin mövcud müqavilələrin yeni texnologiyalar və silah növlərinin ortaya çıxması üçün kifayət etmədiyini diqqətə çatdırıblar.

Dekabrın 3-də Beynəlxalq Valyuta Fondunun (BVF) idarəedici direktoru Kristalina Georgiyeva “Reuters Next” onlayn forumuna bildirib ki, yeni “omikron” koronavirus ştamı dünyada əvvəllər proqnozlaşdırılan iqtisadi artım templərini ləngidə bilər. Onun sözlərinə görə, indiki şəraitdə ABŞ bütün səylərini digər ölkələr üçün lazım olmayan inflyasiya ilə mübarizəyə sərf etməlidir.

Ötən ilin dekabrında ABŞ elan etdi ki, kosmos Vaşinqton və onun rəqibləri arasında potensial düşmənçilik arenasına çevrilir, ona görə də o, kosmosda təcavüzü dəf etməyə hazır olmalıdır. Moskva dəfələrlə kosmosun hərbiləşdirilməsini qəbuledilməz adlandırıb. Belə ki, aprel ayında Rusiyanın xarici işlər naziri Sergey Lavrov xatırladıb ki, Rusiya Federasiyası kosmosda istənilən növ silahların yerləşdirilməsini qadağan edən beynəlxalq sənədin hazırlanması üzrə danışıqlara başlanmasının tərəfdarıdır.

Son xəbərlər
Digər xəbərlər