13 C
Baku
Saturday, November 23, 2024

Bakının məşhur restoranları cərimələndi – Siyahı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya sahəsində müvafiq qanunvericiliyin icrasına nəzarət məqsədilə 2021-ci il dekabrın 8-dəölkə üzrə 395 ictimai iaşə obyektində 694 monitorinq keçirib.

Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.

Monitorinqlər zamanı 8müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar

Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Səbail‎ rayonu, Kiçik Qala küç., ev 66 ünvanında yerləşən, hüquqi şəxs “Burc” MMC-ə məxsus restoran;

2. Bakı şəhəri, Xəzər‎ rayonu, Mərdəkan qəsəbəsində yerləşən, fiziki şəxs Əhmədov Natiq Hüseyn oğluna məxsus kafe;

3. Bakı şəhəri, Xəzər‎ rayonu, Sergey Yesenin küç., ev 163 ünvanında yerləşən, fiziki şəxs Məmmədyarov Ağəli Allahverdi oğluna məxsus “Ləzzətli” kafesi;

4. Bakı şəhəri, Nərimanov‎ rayonu, F. X. Xoyski küç., məh. 830-835 ünvanında yerləşən, hüquqi şəxs “MİNT” MMC-ə məxsus “Köfteci Ramiz” restoranı;

5. Bakı şəhəri, Nərimanov‎ rayonu, F. X. Xoyski küç., məh. 830-835 ünvanında yerləşən, hüquqi şəxs “PJA” MMC-ə məxsus restoran;

6. Bakı şəhəri, Səbail‎ rayonu, Bibi Heybət yolunda yerləşən, fiziki şəxs Abdullayev Namiq İbrahim oğluna məxsus kafe;

7. Bakı şəhəri, Binəqədi‎ rayonu, S. S. Axundov küç., ev 249E ünvanında yerləşən, fiziki şəxs Zahir İbrahim Ağababa oğluna məxsus “Kürə Pizza” restoranı;

8. Gəncə şəhəri, Ş. İ. Xətai prospektində yerləşən, fiziki şəxs İbrahimov Əlövsət Fizuli oğluna məxsus “Füzuli Sahil” restoranı.

Son xəbərlər
Digər xəbərlər