13 C
Baku
Saturday, November 23, 2024

Səfər Mehdiyevə görə, Azərbaycanda bu məsələ “iqtisadi sabitliyi pozur”

Azərbaycan Dövlət Gömrük Komitəsi 48 yaşlı sədri, general-polkovnik Səfər Mehdiyev Haqqin.az-a müsahibəsində ölkədə qiymət artımlarına səbəbin idxaldakı bahalaşma ilə əlaqələndirir.

Haqqın.az: Daha bir narahatlıq qarşısıalınmaz qiymət artımı ilə bağlıdır.  Ölkədə az qala hər gün ərzaq məhsullarının qiymətində artım müşahidə edilir. Bu narahatlığı bir qədər əvvəl parlamentdəki çıxışında Baş nazir Əli Əsədov da bölüşüb.  Onun fikrinə görə, qiymət artımı Azərbaycan iqtisadiyyatının idxaldan yüksək asılılığı və bütün dünyada ərzaq məhsullarının bahalaşması ilə bağlıdır.  Daha da dərinləşəcək bu vəziyyətdən çıxış yolu milli istehsalın genişləndirilməsində və iqtisadiyyatın idxaldan asılılığını azaltmaqdadır. Nə etməli?

Səfər Mehdiyev: Xüsusən də ərzaq məhsullarının idxalından asılılığı azaltmaq prezidentin hökumət qarşısında qoyduğu əsas vəzifədir.  Baş nazirin narahatlığı əsassız deyil.  Ancaq biz aqrar sektorda istehsalın artması sahəsində böyük uğurlara nail olmuşuq.  Eyni zamanda, Azərbaycan aqrar istehsalın bir çox sahələrində idxaldan asılılığı nəinki azaldıb, həm də öz mallarını ixrac etməyə başlayıb.  Qeyri-neft sektorunun böyük hissəsini məhz tərəvəzçilik və meyvə ixracı təşkil edir.  Ancaq Baş nazir düzgün vurğulayıb ki, idxal olunan məhsullar inflyasiya və qiymət artımını şərtləndirir və iqtisadi sabitliyi pozur.  Nə qədər ki bizdə idxaldan asılılıq yüksək olacaq,  ərzaq məhsullarının qiymətlərində artım təhlükəsi də qalacaq.  Dünya bazarlarında bəzi ərzaq məhsulları 30-40% bahalaşıb.  Bununla belə təkrarlamaq istərdim ki, Azərbaycanda ərzaq idxalından asılılıq ildən ilə azalır.  Və bu, ümidvericidir.

O ki qaldı birbaşa sizin qiymət artımı ilə bağlı sualınıza, bu, gömrük rüsum və vergilərinin çoxalması ilə əlaqəli deyil.  Bu, postpandemiya dövrünün ümumdünya trendidir. Daha bir vacib faktor – yük daşınmalarının logistikasının dəyəri 2-3 dəfə artıb. Azərbaycan isə dünyanın 185 ölkəsi ilə ticarət əlaqələri qurmuş bir ölkədir.  Vəziyyətdən yeganə çıxış yolu milli istehsalın həvəsləndirilməsində və artırılmasında, idxalın əvəzlənməsinə nail olmaqdadır.

Son xəbərlər
Digər xəbərlər