8 C
Baku
Sunday, November 17, 2024

İran xarici siyasətinin əsas prioritetini açıqlayıb

Qonşu və Asiya ölkələri ilə münasibətlərin qurulması İranın xarici siyasətinin əsas prioritetini təşkil edir.

Bunu İranın xarici işlər naziri Hüseyn Əmirabdullahiyan bu gün ölkənin xarici ölkələrdəki xüsusilə qonşu ölkələrin diplomatik nümayəndəliklərin rəhbərləri ilə keçirilən görüşdə deyib.

H. Əmirabdullahiyan qeyd edib ki, hökumət Vyana müzakirələrindən kənar davamlı iqtisadi inkişaf siyasətini yürüdür: “Hökumətin xarici siyasətindəki şüarı fəal diplomatiya və balanslaşdırılmış xarici siyasətdir. Ölkənin dörd illik inkişaf proqramında inkişaf etməkdə olan bu siyasət üçün proqram qurulub”.

Sanksiyaların ləğvi və təsirsiz edilməsinin İranın Xarici İşlər Nazirliyinin məsuliyyətli olduğunu qeyd edən H. Əmirabdullahiyan bildirib ki, bu sahədə bizə çox məsuliyyət düşür.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər