“Rusiya və Çin də daxil olmaqla, istənilən dövlətin lideri ABŞ prezidentinin yerində olmaq istəyərdi”.
Bunu ABŞ Prezidenti Co Bayden məşhur aparıcı Cimmi Fellonla müsahibəsində deyib.
“Mən ölkəmizə optimist şəkildə baxıram. Çin və Rusiya liderlərindən tutmuş, mənimlə yer dəyişmək istəməyən dünya lideri tanımıram”, – deyə Bayden söyləyib.
Bayden bu fikrini onunla əsaslandırıb ki, ABŞ dünyanın istənilən ölkəsindən daha çox imkanlara, daha yaxşı inkişaf etmiş elm və texnologiyaya malikdir.