Koronavirusun Omikron ştamının dünya iqtisadiyyatına və eləcə də yanacaq tələbinə təsirinin az təsir edəcəyi xəbəri ilə bazar ertəsinə neftin qiyməti artımla başladı.
Londonun ICE birasında Brent markalı xam neftin fevral fyuçerslərində barreli 1.03 dollar, yaxud 1.37% bahalaşma ilə 76.18 dollara çatıb.
Nyu-Yorkun NYMEX birjasında WTI xam neftinin barreli 1.10 dollar, yaxud 1.53% artımla 72.77 dollar olub.
Hər iki xam neftin qiyməti son bir həftədə 8% bahalaşıb. Qiymətlər noyabrın sonundan bu tərəfə yaşadığı enişdən sonra qismən bərpa olunmaqdadır.
“Omikron variantının təhlükəsi azaldıqca bazar əhval-ruhiyyəsi yaxşılır”- deyə “Fujitomi Securities Co Ltd”nin analitiki Toşitaka Tazaua “Reuters”ə deyir.
Omikronun ilk kəşf olunduğu Cənubi Afrikada alimlər yeni ştamının ölümcül olmasını düşürlər.
Böyük Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyi ötən həftə sonu bildirdi ki, COVID-19-a qarşı vurulan buster peyvəndlərinin Omikrona qədər qoruyucu olacağını açıqladı.
Lakin ABŞ-ın koordinasiya etdiyi ölkələrin strateji neft ehtiyatlarının (SPR) bazara buraxacağı xəbəri hələ də aktual olması treyderlər üçün bazardakı riskin potensialını saxlayır.
ABŞ Energetika Departamenti cümə günü bildirib ki, benzin qiymətlərini aşağı salmağa cəhd etmək üçün plana uyğun şəkildə, dekabrın 17-də strateji neft ehtiyatından 18 mln. barel xam neft satacaq.
İraqın energetika naziri OPEC+ alyansının plana uyğun olaraq neftin hasilatı üzrə 400 000 barel gündəlik ifadədə artırılacağını istisna etmir.