Böyük Britaniyada koronavirusun “omikron” ştamına yoluxmuş bir insanın dünyasını dəyişdiyi bildirilib.
Banker.az xəbər verir ki, bu barədə ölkənin baş naziri Boris Conson məlumat verib. Qeyd edək ki, bu, “omikron” ştamından ilk ölümdür.
“Təəssüf ki, bəli, “omikron” xəstənin hospitala yerləşdirilməsinə səbəb olur və təsdiq edildiyi kimi, ən az bir insanın ondan öldüyü məlum olub”, – deyə baş nazir söyləyib.