Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına nəzarət məqsədilə 2021-ci il dekabrın 12-də ölkə üzrə 396 ictimai iaşə obyektində 701 monitorinq keçirib.
Banker.az AQTA-ya istinadən xəbər verir ki, monitorinqlər zamanı 3 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:
1. Bakı şəhəri, Səbail rayonu, T. Əliyarbəyov küç., ev 9 ünvanında yerləşən, fiziki şəxs Atakişiyev Emin Zaidbəyoviçə məxsus kafe;
2. Bakı Şəhəri, Səbail rayonu, Ü. Hacıbəyov küç., ev 6, 8 ünvanında yerləşən restoran;
3. Bakı Şəhəri, Binəqədi rayonu, Biləcəri qəs., Natəvan küç., ev 19 ünvanında yerləşən, fiziki şəxs Quliyev Eldar Museyib oğluna məxsus restoran.