16 C
Baku
Thursday, May 2, 2024

“Ata Sığorta” şirkətinin səhmdarları görüşəcək

İyun ayının 9-da “Ata Sığorta” şirkətinin səhmdarları şirkətin 2014-cü ildəki fəaliyyətinin yekunlarını müzakirə edəcəklər. Şirkətdən Banker.az saytına daxil olan məlumata əsasən, yığıncaq Bakı şəhəri, Nəsimi rayonu, Zərifə Əliyeva küçəsi, 55 ünvanında – “Yeni Həyat” iş mərkəzinin 8-ci mərtəbəsində olacaq.

Səhmdarlar şirkətin İdarə Heyətinin və Direktorlar Şurasının 2014-cü ildəki fəaliyyətin yekunlarına dair hesabatını dinləyəcək, ötən ilin auditor rəyi ilə təsdiq edilmiş maliyyə hesabatını təsdiq edəcək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər