15 C
Baku
Sunday, November 24, 2024

“Bank Respublika” 10 mln. manatlıq faizli borc cəlb edir

Bakı Fond Birjasında Azərbaycanda 1 mlrd. manatdan çox aktivlərə sahib olan “Bank Respublika” ASC-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

Banker.az BFB-ya istinadla xəbər verir ki, hərrac 14 dekabr 2021-ci il tarixində bank 10 mln. manatlıq istiqrazları standart bazar seqmentində listinqə daxil edilib.

16 dekabr 2021-ci il tarixində “Bank Respublika” ASC-nin istiqrazlarının yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə həyata keçiriləcəkdir.

  • Dövlət qeydiyyat nömrəsi – İSİN: AZ2003002881
  • İstiqrazların növü və forması: Faizli təmin edilməmiş sənədsiz adlı
  • İstiqrazların sayı: 10 000 ədəd
  • Nominal Dəyəri: 1 000 manat
  • Ticarətə buraxlma tarixi: 16.12.2021
  • İllik faiz dərəcəsi: 8.5%
  • Tədavül müddəti: 2 il
  • Kupon faizlərinin ödəniş müddəti: Hər 6 aydan bir

Yerləşdirmə üzrə anderrayter “Paşa Kapital İnvestisiya Şirkəti” QSC-dir. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının “Üzvlər” (https://www.bfb.az/az/baku-fond-birjasinin-uzvlerinin-siyahisi)  bölməsində yerləşdirilmişdir.

 

 

 

 

 

Son xəbərlər
Digər xəbərlər