9 C
Baku
Sunday, November 17, 2024

2022-ci ildə G7 sammitinin keçiriləcəyi yer müəyyənləşib

2022-ci ildə Almaniyanın sədrliyi ilə G7 ölkələri sammitinin keçiriləcəyi yer müəyyənləşib.

Bu barədə Almaniya Hökumətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, G7-nin sammiti 2022-i il iyunun 26-28-də Qarmiş-Partenkirxen (Bavariya) şəhəri yaxınlığındakı Elmau qəsrində baş tutacaq.

Nazirlər Kabinetinin sözçüsü Steffen Hebeshtreit bildirib ki, qəsr logistika və təhlükəsizlik baxımından bütün tələblərə cavab verir.

Qeyd edək ki, bu qəsr artıq bir dəfə 2015-ci ildə G7-nin iclasına ev sahibliyi edib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər