12 C
Baku
Saturday, November 23, 2024

İsveçdə inflyasiya son 30 ildə ən yüksək həddə çatıb

İsveçdə inflyasiya elektrik enerjisi və yanacağın qiymətlərinin artması nəticəsində noyabrda 3.6%-ə çatıb ki, bu da son 28 ildə rekord göstərici olub. Bu barədə ölkənin statistika idarəsi məlumat verib.

Banker.az xəbər verir ki, inflyasiya səviyyəsinə əsasən elektrik enerjisi və yanacağın bahalaşması təsir edib. Qeyd edildiyi kimi, bu enerji daşıyıcılarının töhfəsi təxminən 1.8% təşkil edib ki, bu da 2021-ci ilin noyabr ayında inflyasiya səviyyəsinin demək olar ki, yarısında bərabərdir.

İsveç nazirliyinin statistika mütəxəssisi Mikael Nurdinin sözlərinə görə, “enerji qiymətlərinin artması 1993-cü ilin dekabrından bəri ən yüksək inflyasiya səviyyəsinə səbəb olub”.

Avropa İttifaqı qaz qiymətlərinin güclü artımı ilə üzləşib ki, bu da elektrik enerjisinin qiymətlərinin artmasına gətirib çıxarıb. Bahalaşmanın səbəblərindən biri istilik mövsümü başlamamış anbarlarda qaz səviyyəsinin aşağı olması olub.

Son xəbərlər
Digər xəbərlər