Azərbaycanda 2021-ci ildə nağdsız ödənişlər üzrə kifayət qədər böyük – öncəki illərdən görünməyən çox böyük bir trendlə artım müşahidə edilib.
Banker.az xəbər verir ki, bunu “Rəqəmsal həllər və təhlükəsizlil” mövzusinda onlayn konfransda Azərbaycan Mərkəzi Bankının Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova bildirir.
O, hazırkı göstəricilərlə tam kifayətləndmədiyini, 2022-ci ildə 2021-ci ildə nağdsız ödənişlər üzrə əldə olunan müsbət nəticələrdən ən azı ikiqat çox artım hədəflədiklərini bildirib.
Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda bank kartları vasitəsilə 8.37 mlrd. manat həcmində nağdsız ödənişlər olub Bu da illik müqayisədə 73% artımdır.