12 C
Baku
Saturday, November 23, 2024

BVF: “Adambaşına düşən ÜDM-in həcmi gələn il 9 min manatı keçəcək”

Beynəlxalq Valyuta Fondunun (BVF) son proqnozlarına görə, bu il Azərbaycanda əhalinin hər nəfərinə düşən real ÜDM 1,7% artacaq.

Sözügedən göstəricinin 2022-ci ildə 1,1%, 2023-cü ildə isə 0,5% artacağı proqnozlaşdırılır.

BVF qeyd edir ki, ölkədə əhalinin hər nəfərinə düşən nominal ÜDM-in həcmi bu il 8 785 manat, 2022-ci ildə 9 023 manat, 2023-cü ildə isə 9 120 manat təşkil edəcək.

Fonda görə, baza ili 2005-ci il götürülməklə isə əhalinin hər nəfərinə düşən real ÜDM-in həcmi bu il 2 893 manat, 2022-ci ildə 2 926 manat, 2023-cü ildə isə 2 941 manat təşkil edəcək.

Xatırladaq ki, 2021-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda əhalinin hər nəfərinə düşən real ÜDM 4,5% artıb. Adambaşına düşən nominal ÜDM-in həcmi isə 7 148 manat təşkil edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər