“Apple” şirkəti işçilərinin 2022-ci il fevralın 1-də ofisə qayıtmasını qeyri-müəyyən müddətə təxirə salıb. Bildirilir ki, bunun üçün yeni tarix “müəyyən edilir”.
Banker.az xəbər verir ki, cənab Kuk planların ləğvini “dünyanın bir çox yerində yoluxma hallarının artması və virusun yeni ştamının ortaya çıxması” ilə əlaqələndirib. Bu həftə “Apple” yenidən müştərilərindən mağazaya gəldikdə maska taxmağı tələb etməyə başlayıb. Əvvəlcə “Apple” işçiləri iyun ayında ofislərə qayıtmalı idilər, lakin tarixlər sentyabr ayına, daha sonra 2021-ci ilin oktyabrına və 2022-ci ilin yanvarına keçirilib.
Daha əvvəl “CNBC” mənbələrə istinadən bildirib ki, “Google” tibbi və ya dini səbəblərə görə koronavirusa qarşı peyvənd olunmaqdan imtina edən işçiləri ödənişsiz məzuniyyət və işdən çıxarılmaqla hədələyib.