7 C
Baku
Sunday, December 15, 2024

Bankın sədri əcnəbi ola bilər

Banker.az saytına anonim daxil olan məlumata əsasən Bank of Bakunun İdarə heyəti sədrinin dəyişməsi gözlənilir. Mənbədən daxil olan məlumata əsasən bankın idarə heyəti sədrinin xarici şəxs olacağı gözlənilir.

Nəzərinizə çatdıraq ki, hazırda bankın İdarə Heyətinin sədri Fərid Hüseynovdur. 01 Fevral 2013 tarixində bankın sədri təyin olunan Fərid Hüseynov əvvəl, bankın İdarə Heyəti sədrinin birinci müavini vəzifəsini tutmuşdu.

Qeyd edək ki, 2015-ci ilin I rübündə bankın aktivləri 797 842 290 manat, cəmi öhdəlikləri 676 225 120 manat, cəmi kapitalı isə 121 617 160 manatdır. İlin əvvəlindən bankın xalis mənfəəti isə 2 167 000 manatdır.

Son xəbərlər
Digər xəbərlər