2021-ci ilin yanvar-oktyabr aylarında dövlət büdcəsinin gəlirləri Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun daxilolmaları da nəzərə alınmaqla 20312.3 mln. manat, xərcləri isə 20184.7 mln. manat təşkil edib.
Banker.az-ın Dövlət Statistika Komitəsinin təqdim etdiyi hesabatlara əsasən apardığı hesablamalarına görə, bu göstəricilər təkcə oktyabr ayı ərzində müvafiq olaraq, 13.2% və 14% artıb. İllik müqayisədə isə 2021-ci ilin ilk 10 ayında dövlət büdcəsinin gəlirlərində 4.6%, xərclərində 2.6% azalma müşahidə olunur.