9 C
Baku
Thursday, December 12, 2024

Kaliforniyada tibbi maska taxmaq məcburi olacaq

Şükranlıq günündən sonra COVID-19-a yoluxma ilə bağlı yeni halların sayının kəskin artması ilə əlaqədar Kaliforniya ştatının səhiyyə sisteminin nümayəndələri ictimai yerlərdə və qapalı məkanlarda tibbi maska taxmağın məcburi olması barədə qərar qəbul ediblər.

Kaliforniyanın Səhiyyə və Sosial Xidmətlər Departamenti bu yeni qaydanın artıq qüvvəyə mindiyini və yanvarın 15-nə qədər qüvvədə olacağını elan edib.

Yeni qaydalara görə, bütün qapalı məkanlarda və ictimai yerlərdə tibbi maska taxılması məcburi olacaq. Bundan əlavə, iştirakçılarının sayı min nəfərdən çox olan kütləvi tədbirlərlə, o cümlədən konsertlər və idman yarışları ilə bağlı tələblər sərtləşdiriləcək.

Kaliforniyanın Səhiyyə və Sosial Xidmətlər Departamentinin direktoru doktor Tomas Araqonun sözlərinə görə, qış başlayandan bəri virus transmissiyası göstəricisi əhəmiyyətli dərəcədə artıb. Buna görə xəstəxanaların hədsiz yüklənməməsi üçün təxirəsalınmaz tədbirlər görülməlidir. T.Araqon qeyd edib ki, xəstəxanaların həddən artıq yüklənməsi tibbi xidmətlərin səviyyəsinin azalmasına səbəb olacaq.

İndi ictimai tədbirlərin iştirakçıları belə tədbirlərə gəlmək üçün ya vaksinlənmə barədə sertifikat, ya da testin neqativ nəticəsini təqdim etməli olacaqlar. Tomas Araqonun sözlərinə görə, Şükranlıq günündən sonra COVID-19-a yeni yoluxma hallarının gündəlik sayı 47 faiz artıb və hər yüz min nəfər 14 yoluxma qeydə alınıb.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər