Bu ilin noyabr ayında Azərbaycanın mobil rabitə operatorlarının şəbəkələrində giriş internet trafikinin sürəti 28,25 Mbit/s təşkil edib.
Bu göstərici oktyabr ayı ilə müqayisədə 4,6% azalıb.2021-ci ilin noyabrında ölkənin mobil şəbəkələrində çıxış trafikinin sürəti oktyabr ayının göstəricisi ilə müqayisədə 4,5% azalaraq 8,27 Mbit/s olub.
Qeyd edək ki, dünya üzrə mobil trafikinin giriş və çıxış sürəti isə müvafiq olaraq 29,06 Mbit/s və 8,53 Mbit/s təşkil edib. Noyabr ayının nəticələrinə görə, Azərbaycan bu göstərici üzrə 138 ölkə arasında üç pillə geriləyərək 64-ci yerdə qərarlaşıb.
Mobil internet sürətinə görə liderlərin ilk üçlüyünə BƏƏ (136,42 Mbit/s), Norveç (116,66 Mbit/s) və Cənubi Koreya (104,98 Mbit/s) daxil olub.
Reytinqə əsasən, bu ilin noyabr ayında Azərbaycanda stasionar genişzolaqlı internet trafikinin giriş sürəti 16,47 Mbit/s, çıxış sürəti isə 17,34 Mbit/s təşkil edib. Bu göstəricilər oktyabr ayı ilə müqayisədə müvafiq olaraq 6,4 və 5,2% artıb.
Buna baxmayaraq noyabr ayının nəticələrinə görə, sabit internetin sürəti reytinqində Azərbaycan 181 ölkə arasında 2 pillə geriləyərək 121-ci yerdə qərarlaşıb.
Dünyada ən sürətli sabit interneti olan ilk üç lider ölkə Sinqapur – 184,65 Mbit/s, Çili – 173,09 Mbit/s və Tayland (SAR) – 171,37 Mbit/s olub.
Noyabrda qlobal sabit internetin giriş və çıxış trafikinin orta sürəti isə müvafiq olaraq 58,00 Mbit/s və 24,27 Mbit/s təşkil edib.