“Naxçıvan Sığorta” ASC nizamnamə kapitalını artırıb.
Banker.az xəbər verir ki, sığorta şirkəti nizamnamə kapitalını 316 625.1 manat artıraraq 6 099 144.70 manatdan 6 415 769.80 manata çatdırıb.
Xatırladaq ki, “Naxçıvan Sığorta” 2014-cü ildə yaradılıb, Azərbaycanın yeganə regional sığorta şirkətidir. Onun səhmdarı 100 % “Naxçıvan Bank” ASC-dir.