5 C
Baku
Saturday, December 14, 2024

Bakıda vətəndaşın hesabından pul oğurlanıb

Bakı sakininin bank hesabından pul oğurlayan şəxs tutulub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə dekabrın 5-də Bakı şəhər sakini S.Alxanovanın bank hesabından 2 500 manat pulunun oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Ağsu rayon sakini, əvvəllər məhkum olunmuş A.Bayramov müəyyən edilərək saxlanılıb.

Bundan başqa, Saatlı Rayon Polis Şöbəsinə Ş.Seyfullayevanın bank hesabından 130 manat pulunun oğurlanması barədə də məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən şəhər sakini Ş.Ağayev müəyyən edilərək saxlanılıb.

Hər iki faktla bağlı araşdırma aparılır.

Son xəbərlər
Digər xəbərlər