27-28 aprel 2015-ci il tarixində Çin Xalq Respublikasının paytaxtı Pekində Asiya İnfrastruktur İnkişaf Bankı (AİİB) təsisçilərinin 4-cü iclası keçirilmişdir.
Banker.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, müzakirələrdə bankın 57 təsisçi üzvü olan ölkələrdən 55-i, o cümlədən Azərbaycan Respublikasından Maliyyə Nazirliyinin nümayəndələri iştirak etmişdir.
Təsisçi ölkələrin 4-cü iclasda AİİB-nın nizamnamə layihəsi üzrə aparılan danışıqlarda geniş konsesus əldə olunmuşdur. Müzakirələr zamanı bankın nizamnamə layihəsi üzərində işlərin 2015-ci il iyun ayı ərzində tamamlanaraq təsisçi ölkələr tərəfindən imzalanması və cari ilin sonunadək Asiya İnfrastruktur İnkişaf Bankının fəaliyyətinin təmin olunması qərara alınmışdır.