6 C
Baku
Sunday, December 15, 2024

“Hədiyyə kimə məxsusdur?”

Yaponiyada qəsəbələrin birində, paytaxtın yaxınlığında qoca bir samuray yaşayırdı. Bir dəfə o öz şagirdləri ilə təlim keçdikdə cavan və öz kobudluğu ilə məşhur olan döyüşçü onlara yaxınlaşır. Onun ən sevimli peşəsi digərlərini hövsələdən çıxarmaq idi. O rəqibini qəzəbləndirərək özündən çıxarır və qəzəbli tərəf onu döyüşə çağırırdı. Qəzəbdən özünü itirmiş rəqib səhv arxasıyca səhv edir və son nəticədə döyüşdə məğlub olurdu. Bu dəfə də gənc döyüşçü qoca samurayı özündən çıxarmaq qərarına gəlmişdi. O qocaya daş atır, ona tüpürür və söyüşlərlə onu təhqir edirdi.

Lakin yaşlı döyüşçü ona diqqət yetirmir və məşğələsinə davam edirdi. Günün sonunda özü qəzəblənmiş gənc döyüşçü taqətdən düşərək çıxıb gedir. Bu qədər təhqir və alçaldılmağa dözən yaşlı müəllimin şagirdləri təəccüblə soruşur:

—Nəyə görə onu döyüşə çağırmadınız? Məğlub olmaqdan qorxdunuz?

Yaşlı samuray cavab verir:

— Əgər bir şəxs hədiyyə ilə sizə yaxınlaşsa, siz isə hədiyyəni qəbul etməsəniz hədiyyə kimə məxsus olacaq?

— Öz sahibinə – deyə şagirdlərdən biri cavab verir.

—Eyni şey paxıllıq, nifrət və təhqirə də aiddir. Sən onu qəbul etmədiyin müddətcə o öz sahibinə məxsusdur.

Son xəbərlər
Digər xəbərlər

2 ŞƏRH

Comments are closed.