6 C
Baku
Wednesday, January 15, 2025

Azərbaycanla Yaponiya arasında sərmayələrin qorunmasına dair saziş imzalanacaq

Azərbaycanla Yaponiya arasında sərmayələrin təşviqi və qorunması haqqında sazişin imzalanması nəzərdə tutulur.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, məsələyə dair müzakirələr nazir Mikayıl Cabbarovla Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada arasında keçirilən görüş zamanı aparılıb.Tərəflər həmçinin ölkələr arasında gəlirə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında yeni Konvensiyanın imzalanmasının sürətləndirilməsinə dair fikir mübadiləsi aparıblar.

Görüşün gündəliyinə eləcədə energetika, ətraf mühit, “yaşıl” enerji layihələri üzrə əməkdaşlıq və s. məsələlər də daxil edilib.

Görüşdə Tokioda “Azərbaycan Ticarət Evi”nin və Bakıda “Japan Premium House”un yaradılması layihələrinin ikitərəfli iqtisadi-ticarət əməkdaşlığının inkişafına əhəmiyyətli töhfə verəcəyi qeyd edilib. Bildirilib ki, biznes forumların, ticarət missiyalarının təşkili, eləcə də sərgilərdə iştirak işgüzar dairələr arasında birbaşa təmasların qurulmasında, əməkdaşlığın inkişafında əlverişli mexanizmlər ola bilər

Son xəbərlər
Digər xəbərlər